1. Konfrans
Mövzu: “Azərbaycanda mədəni müxtəlifliyin təzahür formaları”
I məruzəçi: Aytən Qasımova (“Mədəni İnkişafa Dəstək” ictimai birliyin sədri)
Mövzu: “Azərbaycanda mədəni müxtəliflik və folklor”
II məruzəçi: Afaq Ramazanov – (“AMEA” Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent)
Mövzu: “Azərbaycanda mədəni müxtəliflik problemləri”
III məruzəçi: Həsən Səmədov — (“AMEA” Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru)
2. Foto sərgi
Layihənin rəhbəri «Mədəni İnkişafa Dəstək» ictimai birliyinin sədri Qasımova Aytən Eyyub qızı, layihənin menecerləri isə Nağıyeva Fatimə İlqar qızı və Mirzə-zadə Zinyət Maqsud qızıdır.
Azərbaycan müxtəlif mədəniyyətlərə malik çoxmillətli dövlətdir. Bu müxtəliflik Azərbaycan dövlətinin zəngin sərvətlərindən biridir. Milli azlıq və ayrı-ayrı etnik qrupların mədəni müxtəlifliliyini təşkil edən dəyərlər zaman-zaman Azərbaycan mədəniyyəti müstəvisində birləşərək nadir mədəniyyət nümunəsinə çevrilmişdir. Ölkədə yaşayan müxtəlif xalqların, etnik qrupların və milli azlıqların tarixi keçmişinin qorunması, onların mədəniyyətlərinin inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin bu sahədə qarşıya qoyduğu əsas prioritet məsələlərdən biridir. Prezidenti İlham Əliyevin 2009-cu ilin noyabrın 26-da Azərbaycanın UNESCO-nun 2005-ci ilin 20 oktyabr tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında konvensiya”ya qoşulması ilə bağlı imzaladığı qanun bu sahədə ölkəmizdə görüləcək işlər üçün mükəmməl hüquqi baza yaratmış oldu.
Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətlərinin, o cümlədən onların folklorunun, incəsənətinin, adət-ənənələrinin, dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Haqlı olaraq müxtəlif mədəniyyətlərin birgə yaşayışının nümunəsi kimi Azərbaycan son illər dünyada gedən sivilizasiyalararası dialoq işinə də öz dəyərli töhfəsini vermişdir. Əlbəttə, bütün bunlar onu göstərir ki, mədəni birgəyaşayış və tolerantlıq Azərbaycanda artıq həyat tərzinə çevrilmişdir. Bu ölkəmizin və xalqımızın ən böyük nailiyyətidir. «Mədəni İnkişafa Dəstək» ictimai birliyi Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək vermək məqsədilə “Azərbaycanda mədəni müxtəlifliyin təbliğinə dair təşəbbüslər” layihəsini irəli sürmüşdür. «Mədəni İnkişafa Dəstək» ictimai birliyi Prezidentin yanında qeyri-hökumət təşkilatlarının 2018-ci il üçün elan etdiyi birinci maliyyə müsabiqəsinin qalibi olmuşdur. İctimai Birliyin Azərbaycanda mədəni müxtəlifliyin təbliği mövsusunda foto-sərginin və beynəlxalq tədbirin təşkili adlı layihəsi 2018-ci ilin 19 iyul-19 oktyabr tarixlərini əhatə edir.Layihənin məqsədi Azərbaycanın mədəni müxtəlifliyinin təbliğ edilməsi və dövlət tərəfindən aparılan multikulturalizm siyasətinə dəstək verməkdir.