20.11.2022- ci ildə “Mədəni İnkişafa Dəstək” ictimai birliyi tərəfindən “Milli rəqslərimiz — milli sərvətimiz” layihə çərçivəsində tədbir keçirilmişdir.Layihənin rəhbəri ictimai birliyin sədri Qasımova Aytən Eyyub qızı, layihənin menecerləri isə Mirzə-zadə Zinyət Maqsud qızı və Həmidə Hacıyeva Əfqan qızıdır.Layihə çərçivəsində “Milli rəqslərimiz- milli sərvətimiz” mövzusunda konfrans, film nümayişi və foto sərgi təqdim olunmuşdur.
İlk öncə “Milli rəqslərimiz- milli sərvətimiz” layihəsi çərçivəsində konfrans təşkil olunmuşdur və iştirakçılara məlumat verilmişdir. “Mədəni İnkişafa Dəstək” ictimai birliyinin sədri Aytən Qasımova çıxış etmişdir:
“Rəqs sənəti insanın dünyaya baxışını, adət və ənənələrini, həyat tərzini, mübarizəsini, qurub yaratmaq eşqini ifadə edən incəsənətin ən qədim növlərindən biridir. Azərbaycan xalq rəqsləri hətta o qədər qədimdir ki,
ibtidai musiqi alətlərinin olmadığı bir dövrdə belə tamaşa edən insanların ritmik zərblərinin müşayəti ilə bu sənət həyata vəsiqə almış, zəngin keçmişi olan müasir milli rəqslərimizin təməlini qoymuşdur.
Mədəniyyətimizin tərkib hissəsi olan milli rəqslərimiz tarixi yol keçib.Müasir dövrmüzdə mədəniyyətimizin və incəsənətimizin çiçəklənməsi Azərbaycan xalqının inkişafına və tərəqqisinə misilsiz töhfələr verən
ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə mədəniyyətimizin bütün digər sahələri kimi milli rəqs sənətimiz də, dünyada layiqli yerini tutmuşdur.
Ulu öndər Heydər Əliyevin başladığı bütün bu işləri layiqincə və uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə incənətimizin ayrı-ayrı sahələrinin dərindən öyrənilməsi və inkişaf
etdirilməsi istiqamətində məqsədəyönlü tədbirlər həyata keçirilib. Xalqın mənəvi xəzinəsini qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyaya tanıtdırmaq qarşıda dayanan olduqca mühüm vəzifələrdən biridir.
Bu baxımdan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Məhriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən çox mühüm layihələr icra olunur. Məhz Heydər Əliyev Fondunun həyata
keçirdiyi beynəlxalq əhəmiyyətli humanitar layihələr ötən dövr ərzində Azərbaycan mədəniyyətini dünya arenasına çıxartdı. Görülən bu işlərdən ruhlanaraq biz də xalqımızın milli rəqslərini təbliğ etmək, tanıtmaq və bu işə kiçik də olsa tövhə vermək üçün “Milli rəqslərimiz – milli sərvətimiz” layihəsini icra etmişik. Bu gün biz xalq rəqslərinin təşəkkül və takamül tarixinə, milli rəqslərimizin inkişafında xidmətləri olmuş görkəmli sənətkarların həyat və fəaliyyətlərini, işıqlandıran, onları xalqımıza daha da yaxından tanıtmaq məqsədi daşıyan filmin təqdimatına toplamışıq. Təqdimata keçməzdən əvvəl filmin hazırlanmasına dəyərli məsləhətlər vermiş mədəniyyət və incəsənət
xadimlərimizə, Azərbaycan Televiziyasının video-kino arxiv materialları şöbəsinə və Milli Arxiv idarəsinə təşəkkürümü bildirir, onların qiymətli əməyini minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm.”
Konfransdan sonra, iştirakçılar üçün “Milli rəqslərimiz – milli sərvətimiz” mövzusunda təşkil edilən film nümayiş olunmuşdur. Film nümayişindən sonra Eteri Cəfərovanın rəhbərlik etdiyi Bakı Xoreoqrafiya Akademiyasının tələbələrindən ibarət qrup rəqsləri ifa etmişlər: